Postamatlar vətəndaşlara və şirkətlərə yeni növ çatdırılma üsulu təklif edən bir qurğudur.

Səyyar həyat tərzi sürən, gün ərzində ünvanda olmayan və ya ümumiyyətlə daha sərfəli çatdırılmadan yararlanmaq və qənaət etmək istəyənlər üçün bu üsüldan geniş istifadə edilir. Azərbaycanda e-ticarətin sürətlə inkişafını nəzərdə alsaq şəbəkənin qurulması tam zamanına düşür.

Azərbaycanda qurulacaq postamat şəbəkələri əsasən poçt, e-ticarət şərkətləri yerli və xarici kuryer şirkətlərinə xidmət göstərəcək. Bunun sayəsində həmin şirkətlərin əhatə dairəsi genişlənəcək və şirkətlərinin məhdud sayda ofislərində yükləmələrin və növbələrin qarşısı alınacaq.

InPost responds to coronavirus. Deliveries to self-service parcel machines  on weekends for free - xiaomist

Smartpost vasitəsilə bağlama göndərmək və almaq hər zamankından daha asan oldu

  • Bizim bağlama terminallarımızı “özünə xidmət poçt şöbələri” adlandırmaq olar. Smartpost terminalları ticarət mərkəzlərində, avtovaqzallarda, iri yaşayış komplekslərində yerləşir, gündəlik işinizi görərkən paket göndərə və ya ala bilərsiniz.
  • Smartpost-un bağlama terminalları qapalı və açıq ərazilərdə yerləşir. Bu o deməkdir ki, bağlamalar il boyu hava, soyuq, istilik və ya rütubətin səbəb olduğu hava ilə əlaqəli problemlərdən qorunur.
  • Mallarınızı ev alış-veriş kataloqu və ya onlayn mağazalar vasitəsi ilə sifariş etməklə, artıq onları almaq üçün poçt şöbəsinə getmək lazım deyil – paketi ən yaxın smartpost terminalınıza göndərmək kifayətdir.
  • Smartpost bağlama terminalları, dostlarınıza və ya iş ortağınıza paket göndərmək üçün kuryer, müntəzəm poçt və ya yük avtobusuna daha asan alternativdir.